Bəzən kitablar uzun-uzun danışmaq istədiyimiz hər şeyi bir cümlə ilə ifadə edə bilir, bəzən də biz bir cümlə belə qura bilməzkən kitabların köməyi ilə özümüzü ifadə edə bilirik. Bu podcastda altından xətt çəkdiyim cümlələrə psixoloji aspektdən baxmağa çalışacam. Çünki çox vaxt psixologiyanın deməyə çalışdığı çox şeyi kitablarda görə bilirik. Mən bu ikili arasında əlimdən gəldiyi qədəri ilə əlaqə quracam.
"Əgər mən qarşısınıza əsəbi, çaşqın,qısqanc, ağlağan, pis düşüncələr bəsləyərək gəlsəydimm nə olardı? Mənə olan sevginizdən əsər əlamət qalardımı? Mən eyni zaman belə biriyəm." ~ Alice Miller, İstedadlı uşağın dramı
23 Apr 2025
Bölüm 5 - Nietzsche Ağladığında
"Siz bunu zahirən görə bilməzsəniz. Kənardan baxanda çox yaxşı həyat yaşayıram kimi görünür. Amma bir az da dərinə getsəniz, içimdə böyük bir ümidsizlik olduğunu görərsiniz." ~ Nietzsche Ağladığında, Irvin Yalom
26 Mar 2025
Bölüm 4 - Gecəyarısı Kitabxanası
"Yaşaya bilmədiyimiz həyatların yasını tutmaq asandır. Başqa bacarıqlarımızı inkişaf etdirməyi, bəzi təklifləri qəbul etməyi arzulamaq asandır. Peşman olmaq və sonsuzadək peşmanlıq hiss etmək də asandır. Amma əsas problem yaşaya bilmədiyimiz üçün peşman olduğumuz həyatlarda deyil. Problem peşmanlığın özündədir. Bizi sıxıb kiçildən, solğunlaşdıran, özümüzün və bütün insanlığın düşməni olduğumuzu hiss etdirən məhz peşmanlığın özüdür." ~ Matt Haig, Gecəyarısı Kitabxanası
19 Mar 2025
Bölüm 3 - Bədən “yox” deyəndə
“Bir dəfə bir terapevt mənə demişdi ki: "Əgər günahkarlıq və inciklik arasında seçim etmək lazım gələrsə, hər dəfə günahkarlığı seçin." O vaxtdan bəri bu cümlə bir çoxlarına ötürdüyüm hikmətdir. Əgər bir şeyi rədd etmək, imtina etmək sizi günahkar hiss etdirir, razı olmaq isə içinizdə inciklik hissi yaradırsa, günahkarlığı seçin. İnciklik ruhun intiharıdır.” ~ Bədən “yox” deyəndə, Gabor Mate
12 Mar 2025
Bölüm 2 - Tutunamayanlar
"Otağın divarları bomboşdur. On il burada necə yaşamışam? Divara bir şəkil asmaq da mı ağlıma gəlməyib? Pis şəkil asaram qorxusundan heç şəkil asmamışam. Pis yaşayaram qorxusundan heç yaşamamışam." ~ "Tutunamayanlar", Oğuz Atay
5 Mar 2025
Bölüm 1 - Ağ zanbaqlar ölkəsi
“Bəs siz gəncləri necə böyüdürsüz? Bir heç olaraq. Analar daima ev işləri, mətbəx təmizliyi ilə məşğul olduğu halda, atalar dövlət qulluğu, ticarət və digər işlərlə məşğul olur, axşamlar isə çayxana və qumarxanalarda oturub kart oynayırlar. Heç vaxt uşaqlarla oynamırlar. Onlara vaxtları yoxdur. Üstəlik, onların nəzərində uşaqlara qulluq etmək işgəncədən başqa bir şey deyil.” ~ "Ağ Zanbaqlar Ölkəsi", Grigori Petrov
25 Feb 2025
Önsöz
Bu podkast altından xətt çəkdiyim cümlələr əsasında özümüzü və dünyanı anlamağa dəvətdir. Əgər siz də cümlələr arxasındakı dünyanı kəşf etmək istəyirsinizsə hər həftə altından xətt çəkdiklərim podcastında görüşənədək!
Reach and audience
Public platform figures. Ratings count people who left a rating, not total listeners.
Spotify
5.0 / 5
1 ratings
Contact Altından xətt çəkdiklərim
Guest appearances
Does not typically book guests
Based on episode analysis; this does not confirm that the show is currently accepting guests.
Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.
Explore this show Podcast research with Pod Engine