Bizneskar biznesinizə kar olmaq, yəni faydalı olmaq üçün yaradılmış bir layihədir. Bizneskar kanalımızda cıxan bütün videoların podkast versiyasını və digər kanallarımızda olmayan əlavə məlumatı bu rəsmi kanalımızdan dinləyə bilərsiniz. Qonaqlarımız əsasən sahibkarlar, öz sahəsində ekspertlər və fenomen şəxslər iştirak edir və onlardan intervyu götürülür. Aparıcılar Fuad Muxtarov və Aytən Muxtarovadır.
Aldanmamaq üçün nələrə diqqət etməli? Mebel sifarişi lotereyadır? | Vüsalə Həziyeva | Bizneskar
Mebel sifarişi verərkən bir çox insan gözlədiyi nəticəni ala bilmir. Keyfiyyətsiz materiallar, gecikən təhvil, fərqli dizayn və gizli xərclər sifariş prosesini riskli edə bilər. Bəzən düzgün araşdırma aparılmadıqda mebel sifarişi həqiqətən də lotereyaya çevrilir. Bu videoda mebel alarkən aldanmamaq üçün nələrə diqqət etməli olduğunuzu, ən çox edilən səhvləri və düzgün seçim etməyin yollarını öyrənəcəksiniz.
15 Jun 2026
Azərbaycandan keçən beynəlxalq dəhlizlər ölkəmizi necə strateji mərkəzə çevirir? | Rauf Ağamirzəyev
Azərbaycan coğrafi mövqeyi sayəsində Avropa ilə Asiyanı birləşdirən ən vacib nəqliyyat və ticarət qovşaqlarından birinə çevrilir. Ölkəmizdən keçən beynəlxalq dəhlizlər yükdaşımaların sürətini artırır, logistika xərclərini azaldır və Azərbaycanın qlobal iqtisadiyyatda rolunu gücləndirir. Bu videoda Orta Dəhliz, Şimal-Cənub və digər strateji marşrutların ölkəmiz üçün yaratdığı imkanları müzakirə edirik. Azərbaycanın gələcəkdə regionun əsas logistika və tranzit mərkəzi olma potensialını birlikdə araşdırın.
3 Apr 2026
Onlayn ödənişin gizli riskləri və sahibkarın çıxış yolu | Vüqar Cəfərov | Bizneskar
Vüqar Cəfərov "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Vüqar Cəfərovdan Fuad Muxtarov götürür.
Onlayn ödənişlər biznes üçün böyük rahatlıq yaratsa da, görünməyən riskləri də özü ilə gətirir. Bu videoda Vüqar Cəfərov onlayn ödəniş sistemlərində sahibkarların ən çox rastlaşdığı problemləri, təhlükələri və bu risklərdən necə qorunmalı olduqlarını izah edir. Əgər siz də biznes sahibisinizsə və ya onlayn satış edirsinizsə, bu mövzu sizin üçün həyati əhəmiyyət daşıyır. Pul itkisi, fırıldaqçılıq, texniki boşluqlar və yanlış idarəetmə – bunların hamısı biznesinizə ciddi zərər vura bilər. Videoda həm risklər, həm də praktik çıxış yolları paylaşılır:
– Onlayn ödənişlərdə ən çox edilən səhvlər
– Sahibkarların diqqət etməli olduğu məqamlar
– Təhlükəsiz ödəniş sisteminin qurulması
– Risklərin minimuma endirilməsi yolları Biznesinizi qorumaq və daha güvənli şəkildə böyütmək istəyirsinizsə, bu videonu mütləq izləyin. 🔔 Kanalımıza abunə olun və yeni biznes mövzularını qaçırmayın!
BIZNESKAR digər sosial şəbəkələrdə izləyin: 👉 https://lnk.bio/bizneskar
Tam videonun linki burada : https://youtu.be/y4sbPyL-CeY
Who has been a guest on BIZNESKAR
Names identified in recent episode analyses. Showing up to five guests.
Şahin Göyləroğlu
Vusala Haziyeva
Rəna Qəfərova
Contact BIZNESKAR
Guest appearances
Books guests
Based on episode analysis; this does not confirm that the show is currently accepting guests.
Host of BIZNESKAR?
Claim your podcast to manage its listing and keep your show details accurate.
Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.
Explore this show Podcast research with Pod Engine