Hamınıza salam.Uzun müddətdir ki haqqında danışdığım podkast ideyasını axır ki həyata keçirdim.Gələcək seriyalarda həmsöhbətlərim də olacaq və bu podkastı daha da maraqlı edəcək. Podkasta dəstək olmaq üçün dostlarınızla və sosial media hesablarınızda paylaşmağı unutmayın.
S2E4 - Beynəlxalq təşkilatların əsl məqsədi, Qarabağ, İsrail və Amerika haqda
Beynəlxalq təşkilatların əsas funksiyasl nədən ibarətdir? BMT niyə mövcuddur və məqsədi nədir? Amerikanın maraqları.Qarabağ məsələsində BMT və başqalarının rolu. İsrail niyə istədiyi kimi hərəkət edə bilir?
26 Sept 2020
S2E3 - Universitetlər niyə hələ də mövcuddur?
Universitetlər nə qədər vacibdir və ya universitetlər hansı məqsədə xidmət edir? Qloballaşan və virtuallaşan dünyada universitetlərdəki təhsil nə qədər effektivdir? Niyə görə universitet oxumalıyıq və ya oxumamalıyıq?
8 Aug 2020
S2E2 - İnternet və onun əhəmiyyəti haqqında
Düşünən Adam-ın yeni sezonun 2-ci seriyasına xoş gəlmisiniz.Bu dəfəki internet və onun əhəmiyyəti haqda oldu.İnternet həyatımızda nə qədər böyük yer tutur? İnternet həyatlarımıza nə qədər inteqrasiya ola bilib? İnternet olmasa nələr olar? kimi bir çox suallara cavab tapmağa çalışdım.
2 Aug 2020
S2E1 - Vətənpərvərlik, Millətçilik və Şovinizm
Düşünən Adam adlı podkastın 2-ci sezonuna xoş gəlmisiniz.Bu dəfəki seriyada aktual və gündəmdə olan mövzulara toxundum.Millətçilik və vətənpərvərlik son günlərin ən vacib mövzularından biridir və fikrimcə haqqında danışmaq bir xeyli maraqlı alındı.
29 Jun 2020
S1E3 - Trendlər, Bayağılıq, Qərəzlər, Kitab oxumaq
Düşünən Adam adlı podkastın 3-cü seriyasına xoş gəlmisiniz.Bu seriyada trendlərimizlə bağlı olan biabırçı vəziyyətə və onun səbəblərinə toxundum.Bundan əlavə qərəzlərlə bağlı bir neçə nüansa toxunaraq bloqdakı yazımın üstünə əlavələr etmiş oldum.Kitabları da unutmadım və kitabların vacibliyi və kitablar haqqındakı fikirlərimi bölüşdüm.Gələcək seriyada həmsöhbətim də olacaq və bu podkastı daha da maraqlı edəcək.
12 Jun 2020
S1E2 - İntihar, İrqçilik, Qərb dünyası, Xaos, Vaxtın idarəedilməsi
Düşünən Adam adlı podkastın 2-ci seriyasına xoş gəlmisiniz.Bu dəfəki seriyada aktual və gündəmdə olan mövzulara toxundum.İntihar, irqçilik, psixologiya və karantinlə bağlı bir neçə nüans var ki onlara toxunmasam olmazdı.
3 Jun 2020
S1E1 - Podkast nədir, Karantinin effektləri, Vizuallıq, Şəxsi İnkişaf
Uzun müddətdir ki haqqında danışdığım podkast ideyasını axır ki həyata keçirdim.İlk seriyada podkastın nə olduğundan, karantinin üzərimizdəki effektlərindən və şəxsi-inkişaf mövzusuna toxundum.Eyni zamanda vizual dəyərlərin həyatımızda necə bir yer tutması ilə bağlı fikirlərimi söylədim.
Contact Düşünən Adam
Guest appearances
Books guests
Based on episode analysis; this does not confirm that the show is currently accepting guests.
Host of Düşünən Adam?
Claim your podcast to manage its listing and keep your show details accurate.
Pod Engine is an independent podcast discovery and analytics service and is not affiliated with or endorsed by this podcast. Artwork and show content belong to their owners. Full legal notice.
Explore this show Podcast research with Pod Engine